Aparıcı audit şirkəti “BDO Azərbaycan” MMC istedadlı insanları cəlb etmək istəyən təşkilatları və potensiallarını tamamilə reallaşdıracaq işaxtaran namizədləri bir araya gətirən “Talent Market” adlı platformanı təqdim edir. Telent Market bir BDO Digital layihəsidir.
Bazarda bu qədər alternativlər varkən, niyə məhz Talent Market-i seçməlisiniz:
İş axtaranlar üçün:
İşçi axtaranlar üçün:
Talent Market platforması sizə dünyanın ən böyük peşəkar xidmət təşkilatlarınan biri olan BDO-nun Azərbaycandakı üzvü tərəfindən təqdim olunur.
BDO-nun qlobal təşkilatı 167 ölkəni və ərazini əhatə edir, 1600-dən artıq ofisdə 91.000 nəfər işləyir və hamısı müştərilərimizə müstəsna xidmət göstərmək məqsədilə çalışır.
Təşkilat daxilində firmalarımız sıx əməkdaşlıq edir və müvafiq iş prinsiplərinə və keyfiyyət standartlarına riayət edir. Bu o deməkdir ki, sizin biznesinizi, yerli və beynəlxalq bazarları və sizin sahənin xüsusiyyətlərini başa düşən yerli resurslar hamısı həqiqi qlobal təşkilat tərəfindən dəstəklənir.
30 sentyabr 2020-ci il tarixində bitən il üzrə BDO firmalarının əldə etdikləri məcmu gəlir 10.3 milyard ABŞ dolları olmuşdur.
Göstərdiyimizi xidmətlərə aşağıdakılar daxildir:
BDO-nun müştərilərinə necə kömək etməsinə dair daha çox məlumat əldə etmək üçün əsas veb səhifəmizdə Xidmətlər bölməsinə baxın.
BDO şirkətinin arzusu müstəsna müştəri xidmətlərinin təmin edilməsində liderə çevrilməkdir. Söhbət xidmət göstərilməsinə peşəkar yanaşmanın yenilənməsindən deyil, müstəsna xidmətlərin yaxşı şəkildə təmin edilməsindən, mövcud olduğumuz hər ofisə, hər ölkəyə və hər əraziyə uyğun yüksək keyfiyyətin təmin edilməsindən gedir. İşi harada aparmağınızdan asılı olmayaraq, hər yerdə sizə kömək edə biləcək adamlarımız var.
Müştərilərimizin biznes problemləri ilə məşğul olarkən obyektivliyimizi və müstəqilliyimizi nümayiş etdiririk və bu da etibara əsaslanmış əlaqələr yaratmağa kömək edir.